Menu

Rumıniyada yaşayış binasında partlayış olub, ölənlər var

24.09.2023, 13:34
Rumıniyada yaşayış binasında partlayış olub, ölənlər var

Rumıniyanın Sibiu şəhərində yaşayış binasında partlayış baş verib, 2 nəfər ölüb, 20-yə yaxın insan təxliyə edilib.

"Report"un xarici KİV-ə istinadən məlumatına görə, bu barədə Sibiu Fövqəladə Hallar Müfəttişliyinin mətbuat katibi Andrea Stefan bildirib.

Partlayışın ardınca yaşayış binasının birinci mərtəbəsində yerləşən mənzildə yanğın olub.

Mənzilin içərisində axtarış-xilasetmə işləri davam edir. Evin yerləşdiyi küçədə nəqliyyatın hərəkəti kəsilib.

Partlayışın səbəbləri yanğınsöndürənlər və xilasedicilər işlərini bitirdikdən sonra mütəxəssislər tərəfindən müəyyən ediləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol