Xəbər verildiyi kimi, bu gün Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan Naxçıvan Muxtar Respublikasına səfər edəcək.
“AzPolitika.info” xəbər verir ki, Ərdoğanın burada ölkə başçısı İlham Əliyevlə görüşəcəyi, Qarabağdakı son antiterror əməliyyatı, eləcə də Zəngəzur dəhlizi ətrafında fikir mübadiləsi aparacağı, həmçinin dövlət başçılarının İğdır-Naxçıvan Təbii Qaz Kəmərinin təməlqoyma mərasimində və modernləşdirilmiş Naxçıvan Hərbi Kompleksinin açılışında iştirak edəcəyi gözlənilir.
Türkiyə KİV-ləri də sözügedən görüşün kifayət qədər önəmli və anlamlı olduğunu vurğulayıblar.
Qeyd olunub ki, iki liderin görüşü həm Qarabağ məsələsində, həm də Zəngəzur dəhlizi üçün cığallıq edən İrana güclü mesaj olacaq.
Həmçinin qeyd olunur ki, Ərdoğanın Azərbaycanla Naxçıvan arasında quru əlaqəsini təmin edəcək Zəngəzur dəhlizi ilə bağlı dünyaya mesaj verməsi gözlənilir. Türkiyə liderinin bir daha qardaş Azərbaycana güclü dəstək ifadə edəcəyi bildirilib.
Elvin
“AzPolitika.info”


Şərhlər