Menu

Ermənistanda vəziyyət kritikdir – Paytaxtda etirazlar davam edir

25.09.2023, 13:26
Ermənistanda vəziyyət kritikdir – Paytaxtda etirazlar davam edir

Bu gün səhər saatlarından etibarən Ermənistanın paytaxtında hökumət əleyhinə etirazlar davam edib.

“AzPolitika.info” erməni mediasına istinadla xəbər verir ki, İrəvanda əsas küçə və prospektlər bağlanıb, şəhərə çox sayda polis qüvvələri və xüsusi təyinatlılar yeridilib.

Qeyd olunur ki, paytxatda ictimai nəqliyyatın hərəkəti iflic olub. Mətbuat yazır ki, səhər saatlarından etibarən polis avtomobilləri mərkəzə doğur istiqamətlənən küçələrə buraxmır.

Polis etirazların qanunsuz olduğunu bildirir və nümayişçilərdən başqalarının hüquqlarına hörmət etməyə, küçələri boşaltmağa çağırır. İrəvanın “Respublika” meydanında bir neçə minlik polis qüvvəsi aksiyanı dağıtmaq üçün hazır vəziyyətdə gözləyir.

Bu səhər İrəvadakı müxtəlif universitetlərinin tələbələri aksiyaya qoşularaq bütün sürücüləri avtomobillərini qoyub onlara qoşulmağa çağırıblar.

Ermənistanın birinci baş naziri, Milli Müqavimət Komitəsinin üzvü Vazgen Manukyan “Respublika” meydanında keçirilən mitinqdə bildirib ki, üç gün ərzində Ermənistan iflic vəziyyətində olacaq. O, Baş nazir Nikol Paşinyanın dərhal istefa verməsini tələb edib.

“AzPolitika.info” 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol