Rusiyanın Perm vilayətinin Çaykovsk şəhərinin sabiq meri və deputatı Aleksey Tretyakov Ukrayna ordusu tərəfindən əsir götürülüb.
“AzPolitika.info” Ukrayna mətbuatına istinadla xəbər verir ki, Tretyakov Donetsk vilayətinin Klişeyevka qəsəbəsi yaxınlığında əsir düşüb.
Sabiq mer kamera qarşısına çıxaraq, 2014-cü ilə qədər deputat, 2014-2019-cu illərdə isə Çaykovsk şəhərinin meri olduğunu bildirib. O, Ukraynaya könüllü olaraq gəldiyini etiraf edib. Sabiq mer 18 gün əvvəl Rusiya Müdafiə Nazirliyi ilə müqavilə bağlayıb və cəmi bir həftəlik hazırlıqdan sonra döyüşə göndərilib. Bu hadisə Rusiya ordusunun şəxsi heyət sarıdan hansı vəziyyətdə olduğunun növbəti göstəricisi sayıla bilər.
Сили оборони взяли в полон колишнього російського мера
— Українська правда (@ukrpravda_news) September 25, 2023
відео - СОУ pic.twitter.com/EVkFTLGcPC
“AzPolitika.info”


Şərhlər