Menu

Bakıdan Xankəndiyə tibbi yardım göndərilib - FOTOLAR

26.09.2023, 00:01
Bakıdan Xankəndiyə tibbi yardım göndərilib - FOTOLAR

Azərbaycanın mərkəzi hakimiyyəti Xankəndi şəhərinə tibbi yardım göndərib. “Report” xəbər verir ki, dərman ehtiyatı, ilkin yardım üçün avadanlıq və ləvazimatlarla təchiz edilmiş avtomobil Ağdam-Əsgəran-Xankəndi yolu ilə yola salınıb.

Hazırda tibbi yardım avtomobili Xankəndi istiqamətində hərəkət edir.

Yardım şəhərdə partlayışda yaralananlar üçün nəzərdə tutulub.

Qeyd edək ki, bu gun axşam saatlarında Xankəndi yaxınlığında yanacaqdoldurma məntəqəsində partlayış baş verib. Benzin çəninin partlaması nəticəsində ölən və yaralananların olduğu bildirilir.

Şərhlər

Türk 2023-09-26 09:50:32

Erməni üçün ölürlərmiş ki bunlar bizdən olmayanlar.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol