Menu

Xankəndi yaxınlığındakı partlayışda ölən və yaralananların sayı açıqlandı

26.09.2023, 10:41
Xankəndi yaxınlığındakı partlayışda ölən və yaralananların sayı açıqlandı

Azərbaycanın Qarabağ iqtisadi rayonunda, Xankəndi yaxınlığında yanacaq anbarının partlaması nəticəsində 20 nəfər ölüb, 290 nəfər yaralanıb.

“Report” xəbər verir ki, hadisə sentyabrın 25-də axşam saatlarında baş verib.

Məlumata görə, yaralılar Qarabağ bölgəsində, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki tibb mərkəzinə və Ermənistandakı xəstəxanalara yerləşdirilib.

Bildirilib ki, ölənlərdən 13-nün meyiti tanınmaz haldadır.

Şərhlər

dadaşyev 2023-09-26 11:04:22

Xankəndi camaatı ilə aramızda keçirilən görüşləri həzm edə bilməyən,araya qarışıqlıq salmaq istəyən rus diversantlarının işi olacaq.Qadın paltarı geyərək aradan çıxammyan erməni quldurbaşılar da vəziyyətdən istifadə edib helikopterlərlə ermənistana uçmaqla aradan cıra bilərlər.Ayıq-sayıq olmaq lazımdır.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol