Menu

“Müharibə uzanacaq, səfərbərlik qaçılmazdır...” - Arestoviçdən pessimist proqnozlar

26.09.2023, 18:01
“Müharibə uzanacaq, səfərbərlik qaçılmazdır...” - Arestoviçdən pessimist proqnozlar

Müharibə üç il də davam edə bilər. Səfərbərlik isə gücləndiriləcək.

“AzPolitika.info” xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin sabiq müşaviri, hərbi-siyasi ekspet Aleksey Arestoviç deyib.

Arestoviç bildirib ki, Ukraynanın geniş miqyaslı səfərbərliyə ehtiyacı yaranacaq: “Hamı da olmasa, çoxlarıcəbhəyə getməli olacaq. Bu, zaman məsələsidir ki, səfərbərlik indi olacaq, yoxsa yarım ildən sonra. Müharibənin nə qədər davam edəcəyi bilinmir. Əgər üç il davam etsə? O zaman inanın ki, bütün kişilər orada(müharibədə) olacaqlar”.

Arestoviç deyib ki, piyada hücum birlikləri üçün ordunun canlı qüvvəyə ehtiyac var. Onun bildirdiyinə görə, bir il öncə 3.5 milyon nəfər ukraynalı kişi hərbi uçota dayanmamışdı. İndi isə dövlət onları tapıb qeydiyyata qoymaq üçün hər şey edəcək.

Qeyd edək ki, Ukraynanın səfərbərlik haqqında qanununda bir sıra dəyişikliklər edilməsi planlaşdırılır. Məsələn, 30 yaşından sonra ikinci təhsil almaq üçün ali məktəblərə daxil olan şəxslər hərbi qulluqdan və səfərbərlikdən möhlət hüququnu itirəcəklər.

“AzPolitika.info”   

Şərhlər

Oxucu. 2023-09-27 06:49:53

Ölkədə bəyəm əli silah tutan qalıb,yarısı xaricdə qaçqın,yarısınıda ruslara qırdınız.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol