Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Ukrayna hərbçiləri Donetsk istiqamətində irəliləməyə nail olublar.
"AzPolitika.info" UNİAN-a istinadla xəbər verir ki, bu barədə Ukraynanın dövlət başçısı təhlükəsizlik orqanlarının rəhbərləri, hüquq-mühafizə orqanlarının əməkdaşları və hərbçilərlə gündəlik müşavirədən sonra danışıb.
"Mən cəbhədəki vəziyyət, texnika və sursatların tədarükü, kəşfiyyat məlumatları ilə bağlı hesabatlar aldım. Donetsk istiqamətində irəliləyişimiz var. Həyata keçirilən başqa planlar da var", - deyə Zelenski qeyd edib.
Zelenski həmçinin vurğulayıb ki, Xerson vilayətində ruslar silahlarının çata biləcəyi əraziləri terror etməkdə davam edirlər. O cümlədən, gün ərzində düşmən bölgə boyu 26 idarəolunan hava bombası atıb.
Rüfət
AzPolitika.info


Şərhlər