Menu

Ərdoğan sabah Təhlükəsizlik Şurasını toplayır - Azərbaycanın antiterror tədbirləri müzakirə olunacaq

27.09.2023, 16:28
Ərdoğan sabah Təhlükəsizlik Şurasını toplayır - Azərbaycanın antiterror tədbirləri müzakirə olunacaq

Sabah, sentyabrın 28-də Türkiyədə Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Milli Təhlükəsizlik Şurasının iclası keçiriləcək.

“Report” “TRT Haber”ə istinadən xəbər verir ki, iclasda Azərbaycan ordusunun sentyabrın 19-da keçirdiyi antiterror tədbirlərinin nəticəsi və regional proseslər müzakirə olunacaq.

Bundan başqa, İraq və Suriyadakı mövcud vəziyyət, həmçinin “Taxıl sazişi”nin perspektivi barədə də fikir mübadiləsi aparılacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol