Menu

Allahşükür Paşazadə erməni dini liderlə görüşünün mümkünlüyündən danışıb

27.09.2023, 17:26
Allahşükür Paşazadə erməni dini liderlə görüşünün mümkünlüyündən danışıb

"Biz Ermənistanın dini lideri 2-ci Qaraginlə həmişə Patriarx Kiril cənabları vasitəsilə ikitərəfli görüş keçirmişik. Bu gün onun apardığı revanşizm siyasəti, müharibəyə çağırışı, erməniləri qarşıdurmaya səsləməsi səbəbindən hələlik onunla görüş mümkün deyil. Onun əməlləri bu görüşün baş tutmasına imkan yaratmır".

"Report" xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə deyib.

"Gələcəkdə həyatı başa düşəndən sonra, top-tüfənglə deyil, danışıq yolu ilə gəlib yaxınlaşacaqsa, biz də onunla danışıq yolu ilə bu işləri görə bilərik. Allah şəhidlərimizə rəhmət eləsin. Müstəqilliyimiz və suverenliyimiz üçün həyatını qurban verənlərə Allahdan rəhmət diləyirəm. Bu yolda yaralı olanlar var. Allah onlara da tezliklə şəfa versin", - qeyd edib.

Şərhlər

Camal 2023-09-27 21:57:13

Görüşlərinizin nəticəsi nə olub? şeytanların lideri ilə görüşmək? bekarçılıqdır deyəsən. Əvəzində şəhid ailələrinə baş çəkin.

Mubariz 2023-09-27 20:33:43

Şeyx ,Xomeneyidə götür get görüşə ,axı qardaşlardı

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol