Menu

Xaricdən Elektron Hökumət Portalına giriş məhdudlaşdırılıb

28.09.2023, 11:15
Xaricdən Elektron Hökumət Portalına giriş məhdudlaşdırılıb

Xarici ölkələrdən Elektron Hökumət Portalına giriş qismən məhdudlaşdırılıb.

Qurum müxtəlif media qurumlarında “E-Gov.az” saytına kiber hücum edilməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

"Məhdudiyyətin məqsədi mövcud vəziyyətlə bağlı tam rəqəmsal təhlükəsizliyin təmin edilməsi, vətəndaşlarımızın şəxsi məlumatlarının düşmənlərdən qorunmasıdır. Bu təcrübə xüsusi hallarda tətbiq edilir, yalnız müvəqqəti və önləyici xarakter daşıyır.

Hazırda Azərbaycandan olan istifadəçilər üçün Portal adi rejimdə işləyir. vətəndaşlardan heç bir şikayət daxil olmayıb, texniki proseslərlə bağlı hər hansı gecikməyə yol verilməməsi məqsədilə davamlı monitorinqlər aparılır", - deyə agentlik bəyan edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol