Menu

Putin Çeçenistan rəhbəri ilə görüşüb

28.09.2023, 14:35
Putin Çeçenistan rəhbəri ilə görüşüb

Rusiya Prezidenti Vladimir Putin Çeçenistan rəhbəri Ramzan Kadırovla görüşüb.

APA xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Görüş zamanı Çeçenistanın iqtisadi vəziyyəti müzakirə edilib və Putin respublikada ümumi vəziyyəti müsbət qiymətləndirib.

Kadırov da öz növbəsində Ukraynadakı hərbi əməliyyatlarda iştirak edən çeçen hərbi birləşmələri barədə Putini məlumatlandırıb və bildirib ki, Çeçenistanda beş alay və üç batalyon yaradılıb, onların hamısı Şimal Hərbi Dairəsi zonasında yerləşdirilib.

Şərhlər

oxucu 2023-09-28 16:29:03

Kremlin mətbuat xidməti məlumat yayıb : Putin Çeçenistan rəhbəri ilə görüşüb.
Sual olunur : Nə vaxt, hansı ay və gün, harada ?????
You Tube kanalında video var , .........Peskov , jurnalistin sualına : Ramzan Kadırovun 15 yaşlı oqlu kobud fiziki güc tətbiq edərək, Çeçenistan həbsxanasında saxlanılan rus milli mənsublu məhbusu döydüyünə və bu fiziki işgəncəni videoya çəkdirməsinə və You Tube kanalında yayım etməsinə, ........Peskovun münasibət bildirməsini soruşub ,
bu suala , ......Peskov cavab belə verib : НЕ XOЧУ !!!! ( tərcümə - ISTƏMIRƏM !!!! ) .
Rusiyanın başqa regionundan rus milli əsilli, Rusiya vətəndaşını, MƏHKƏMƏ QƏRARI OLMADAN , Bastrıkin - RF Baş Istintaq Idarəsinin rəisi, TƏHVIL VERIR Çeçenistan həbsxanasına və burada , Rusiya vətəndaşına işgəncələr verilir, Bastrıkin RF Qanunlarını kobud pozub , DƏRƏBƏYLIK DAVAM EDIR , çünki , Kreml rejimi buna şərait yaradıb .

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol