Menu

Almaniya İsraildən 3.5 milyard dollarlıq “raket qatili” alacaq

28.09.2023, 17:01
Almaniya İsraildən 3.5 milyard dollarlıq “raket qatili” alacaq

İsrailin müdafiə naziri Yoav Qalant «Arrow 3» sistemlərinin Almaniyaya satışına dair sözləşməyə imza atıb. 

“AzPolitika.info” İsrail mətbuatına istinadla xəbər verir ki, ABŞ-ın bu sövdələşməni təsdiqləməsindən sonra, İsrail və ABŞ-ın birgə istehsalı olan sistemlərin Almaniyaya tədarükü 3.5 milyard dollar dəyərində olacaq. Rusiya qoşunlarının Ukraynaya soxulmasından sonra, rəsmi Berlin inadla sözügedən sistemləri almağa çalışırdı. Lakin Vaşinqtonun təsdiqi tələb olunurdu. 

«Arrow 3» sistemləri dünyada ən güclü «raket qatillərindən» hesab olunur. Bu sistemlər ballistik raketlərin qarşısını atmosfer xaricində də ala bilir və mənzili 2400 kilometrə qədər çıxır. Almaniyanın bu sistemləri 2030-cu ilə qədər əldə etməsi gözlənilir. 

Rüfət

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol