ABŞ dövlət katibi Entoni Blinken musiqi ansamblının solisti kimi səhnəyə çıxaraq yeni “musiqi diplomatiyası” təşəbbüsünü təqdim edib.
"AzPolitika.info" Qərb mediasına istinadla xəbər verir ki,
Təqdimat çərçivəsində Dövlət Katibi Antoni Blinken gitaraçı və vokalçı kimi səhnəyə çıxıb və ansamblla birlikdə ilk dəfə 1950-ci illərdə Muddy Waters tərəfindən qeydə alınan bluz standartı "Hoochie Coochie Man" ifa edib.
Blinken sosial şəbəkələrdə öz videosunu paylaşarkən, həvəskar gitara ifaçısı olduğunu qeyd edib. Lakin bu onun həm musiqiçi, həm də yüksək vəzifəli şəxs kimi ictimaiyyətə ilk çıxışıdır.
Təşəbbüs musiqidən sülh və demokratiyanı təşviq etmək və diplomatiya vasitəsi kimi istifadə etmək üçün nəzərdə tutulub.
Rüfət
"AzPolitika.info"


Şərhlər
Acınnan belə eliyirlər.Sezar sol əllə yazıb,bu da gitaranı sağ əllə çaldığını göstərməklə Sezar kimi qeyri-adi olduğunu gözə soxmaq istəyib.A balam,qeyri-adilik hansı əllə yazmaqda deyil,hansı əllə yazırsan yaz nə yazmağındadı.Yəni,məsəla,Elza Seyidcahanın şeirləri papuas şeirləri antologiyasına da düşəcək səviyyədə deyilsə o şeirlərin hansı əllə yazılmağının nə önəmi var?Eləcə də gitaranı hansı əllə çalırsan çal,önəmli olan nə çalmağındadı.