Xəbər verdiyimiz kimi, dünən 27 Sentyabr – Anım Günü münasibəti ilə “Security Operation Services” (SOS) MMC-nin əməkdaşları ölkəmizin müstəqilliyi və ərazi bütövlüyünün təmin olunması uğrunda şəhid olan qəhrəmanlarımızın məzarlarını ziyarət ediblər.
Bu təşəbbüsün davamı olaraq SOS MMC-də bu gün şəhid ailələri və yaxınları ilə görüş keçirilib.
Daha sonra idarədə şəhidlərimizin adına ehsan süfrəsi təşkil edilib.
SOS MMC-nin direktoru Anar Məmmədov şəhidlərimizin ailə üzvləri ilə söhbətlərində onların keçdikləri döyüş yollarını xatırlamış, əziz xatirələrini yad etmişdir.
Ehsan süfrəsinin ardından SOS MMC-nin əməkdaşları şəhid anaları ilə birgə təməli yeni qoyulmuş “Zəfər Parkı”nı ziyarət edib və əklil qoyub.



















“AzPolitika.info”


Şərhlər