Vəfat edən millət vəkili Qənirə Paşayevanın dəfn yeri açıqlanıb. Bu barədə “Qafqazinfo”ya mərhumun qardaşı Hüseyn Paşayev məlumat verib.
Onun sözlərinə görə, dəfn mərasimi sabah İkinci Fəxri xiyabanda baş tutacaq.
***
Millət vəkili Qənirə Paşayeva bu gün müalicə olunduğu Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsində vəfat edib.
Bunu “Report”a açıqlamasında deputatın köməkçisi Elbəy Bədirov deyib.
Naməlum mənşəli hipotonik vəziyyət diaqnozu qoyulan Qənirə Paşayevanın səhhətindəki kritik durumla əlaqədar Mərkəzi Klinik Xəstəxananın həkim personalı və Türkiyədən cəlb edilmiş həkim mütəxəssislər tərəfindən görülmüş bütün zəruri tədbirlərə baxmayaraq millət vəkilinin həyatını xilas etmək mümkün olmayıb.
Millət vəkili səhhətində yaranmış ciddi problemlərlə əlaqədar sentyabrın 23-dən Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilmişdi.
Allah rəhmət eləsin!


Şərhlər
Neden rehmete qedib , xesteliyi ne idi ,?
QƏNİRƏ!!! çox üzüldüm...qəni-qəni rəhmət diləyirəm...
Allahdan qəni-qəni rəhmət diləyirəm, gözəl, zərif bacımıza...Eldən getdi...
Heç inanmağım gəlmir. Qətiyyətli, etibarlı, işinə məsuliyyətli xanım idi. Heyif ki, belələri cəmiyyətimizdə azlıq təşkil edir. Şükür ALLAHIN məsləhətinə. Demək alın yazısı belə imiş. Allah rəhmət eləsin, məkanı cənnət olsun, yaxınlarının, qohum-əqrəbasının başı sağ olsun
Allah Rəhmət eləsin
Həqiqətən çox üzüldüm.Çox sevdiyim xanım millətvəkilimiz idi.Allah rəhmət eləsin.
ALLAH rəhmət eləsin RUHU ŞAD OLSUN.
ALLAH RƏHMƏT ELƏSİN. QƏNİRƏ XANIM ÇOX VİCDANLI XANIM İDİ. QƏBRİ NURLA DOLSUN
Allah rəhmət eləsin Azərbaycanın fədakar qadını
Bu kliniki mərkəzdə ayılan olmur.Gərək,başqa xəstəxanaya qoyaydılar.