"Qənirə xanım Paşayevanın Nobel mükafatı laureatları ilə maraqlandığını bilirdim. Ona "Ədəbiyyat üzrə Nobel mükafatçıları" kitabımı hədiyyə edəndə kitabdakı qadın laureatları saydı. Və qısa zaman kəsiyində 1903-2009-cu illər ərzində Nobel mükafatına layiq görülən 36 qadın laureatın ömür yolu, elmi fəaliyyəti və yaradıcılığından bəhs edən gözəl bir kitab yazdı. Qənirə Paşayeva biliyə və öyrənməyə can atan bir xanım idi. Bəlkə də Nobel almaq istəyi var idi. Onun tükənməz enirjisinə hamı qibtə edirdi".
“AzPolitika.info” xəbər verir ki, bunu təhsil eksperti, millət vəkili Etibar Əliyev həmkarı Qənirə Paşayevanın vəfatı ilə bağlı özünün “facebook” səhifəsindən paylaşdığı yazıda bildirib.
Etibar Əliyev daha sonra yazıb: "Gün ərzində 10-larla problemin həlli ilə məşğul olurdu. Yorulmurdu. İctimai mənafeni şəxsi mənafedən üstün tutması onu yormurdu. Məndən Nobel mükafatı laureatı qadın yazıçı Elfrida Yelinekin kitabını istəmişdi. Söhbətlərimizin birində bu qadın yazıçı haqqında fikir mübadiləsi aparmışdıq. Yeri gəlmişkən, Yelinek «Səma və ev» pyesində xalqını üç hissəyə-ölməzlər, ölülər və dirilər kimi qruplara bölür və onlar arasında dialoq qurur.
Ölməzlər- dünyasını dəyişmiş şair və mütəfəkkirlərdir - yuxarılarda, səmada məskunlaşıblar, ruhla bağlıdılar, uşaqlara bənzəyirlər, yer qayğılarından ayrı düşüblər: özlərini «ölməzlər», «Tanrının övladları», «daimi uşaqlar», «səma nəsilli», «tarixin mələkləri» adlandırırlar.
Ölülər- müharibə qəhrəmanları, özlərinə rahatlıq tapa bilmirlər, yerin dərinliklərində məskunlaşıblar: özlərini «ölülər», «qəhrəmanlar», «tarixin sümükləri», «möminlər» adlandırılar.
Dirilər-yerin üst qatında məskunlaşanlar, özlərini «insanlar», «millətlər», «almanlar» adlandıranlardır.
Bizim Qənirə xanım ölməzlər sırasındadır. Xəstaxanaya düşəndə ona olan xalq sevgisini gördük. Sanki bütün ölkə onun səhəti ilə maraqlanırdı. Təəsüflər olsun ki, Qənirə xanımı həyata qaytarmaq mümkün olmadı.
Ürəyi dayananda da zamandan geri qalmadı, gələcəyə uçdu.
Gözəl şairimiz Əli Kərimin “Vəsiyyət” şeiri yadıma düşdü:
Tabutuma bir az kağız qoyun
Bir dənə də qələm.
Hayıf, bu yaşda heç nə,
Heç nə deməmişəm.
Dostlar bir şeir desinlər,
Işdi, imkan olsa, bir dənə də
Mahnı çaldırsınlar;
Şeirlə mahnının möcüzəsiylə
Ayılmağa çox dəli bir ümidim var!..
Bu sözlərdən sonra əldə qələm də titrəyir...
Allah rəhmət eləsin..."



Şərhlər
Səhiyyəni parçalayan onu ikili edən və bu sahəni bazara çevirənlər utansınlar.Ölkə bazara çevrilib.hər şey alınır,satılır.beləliklə Azərbaycan sağmal inəyə,azərbaycan xalqı hambala çevrilir.
Allah Qənirə xanma qəni-qəni r'əhmət etsin.!
Çox üzüldüm...Sağ olun Etibar müəllim, ELEGİYA üçün...
Tibb elmimiz, həkimlərimiz utansınlar,Qənirə xanımın sağalda bilədilər
Allah Rəhmət eləsin