Menu

“Vaqner” PMC-nin qərargah rəisi Müdafiə Nazirlində işləyir - Peskov

29.09.2023, 10:50
“Vaqner” PMC-nin qərargah rəisi Müdafiə Nazirlində işləyir - Peskov

“Vaqner” hərbi şirkətinin keçmiş qərargah rəisi Andrey Troşev artıq Rusiya Müdafiə Nazirliyində işləyir.

“AzPolitika.info” xəbər verir ki, bunu “RİA Novosti”-yə Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov deyib.

"O (Troşev) artıq Müdafiə Nazirliyində işləyir", - Peskov bildirib.

Agentliyin qeyd etdiyi kimi, istefada olan polkovnik Andrey Troşev “Vaqner” PMC-nin keçmiş rəisi Yevgeni Priqojinin varisi hesab olunurdu.

Bundan əvvəl Troşev Kremldə Rusiya prezidenti Vladimir Putinlə müdafiə nazirinin müavini Yunus-Bek Yevkurov arasında keçirilən görüşdə iştirak edib.

Söhbət zamanı Putin xüsusilə, xüsusi hərbi əməliyyat zonasında müxtəlif döyüş tapşırıqlarını yerinə yetirə biləcək könüllü birləşmələrin formalaşdırılmasını müzakirə etməyi təklif edib. Kremldən verilən məlumata görə, Yevkurov və Troşev prezidentə xüsusi əməliyyat iştirakçılarının sosial təminatları ilə bağlı işlərin necə aparıldığı barədə məlumat veriblər.

Rüfət

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol