Menu

İrəvanda mitinqlər yenidən başlayacaq - Müxalifət ermənilərə müraciət edib

29.09.2023, 11:07
İrəvanda mitinqlər yenidən başlayacaq - Müxalifət ermənilərə müraciət edib

Ermənistanda Nikol Paşinyanın istefasını tələb edən rusiyapərəst müxalif siyasi qüvvələr etiraz aksiyalarını bərpa etmək qərarına gəlib.

“AzPolitika.info” Ermənistan mətbuatına istinadla xəbər verir ki, özünü “Milli komitə” adlandıran mitinq komitəsi ermənilərə müraciət edərək, sentyabrın 30-u saat 17.00-da İrəvandakı Respublika meydanına toplaşmağa çağırıb.

Xatırladaq ki, müxalifət bir neçə gün davam edən etiraz aksiyalarından sonra sentyabrın 26-da mitinqlərin dayandırılmasına qərar vermişdi. Bu, daha çox meydanlara müxalifətin istədiyi və Paşinyan hakimiyyətini devirə biləcək qədər kütlə toplaya bilməməsindən irəli gələn qərar idi.

İndi isə görünür, Qarabağdan gələn ermənilərin hesabına kütləviliyin təmin olunmasına ümid edilir. Qeyd edək ki, bu gün Nikol Paşinyan Qarabağdan gələn ermənilərin hər birinə təcili ehtiyaclar üçün 250 dollar birdəfəlik yardım ediləcəyini bəyan edib.

“AzPolitika.info”  

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol