Menu

Keçmiş prezidentin qızı beynəlxalq cinayət təşkilatına rəhbərlikdə ittiham olunur

29.09.2023, 11:15
Keçmiş prezidentin qızı beynəlxalq cinayət təşkilatına rəhbərlikdə ittiham olunur

1996-2016-cı illlər ərzində Özbəkistana rəhbərlik edən İslam Kərimovun qızı Gülnarə Kərimovaya qarşı maraqlı ittiham aktı irəli sürülüb.

“AzPolitika.info” xəbər verir ki, İsveçrə hakimiyyəti 2019-cu ildən Özbəkistanda həbsdə olan 51 yaşlı Kərimovanın bu ölkədən milyonlarla dollar oğurladığını, dünyanın müxtəlif dövlətlərindən olan məmurlara rüşvət verdiyini, həmçinin çirkli pulların yuyulmasında adı hallanan beynəlxalq cinayət təşkilatına rəhbərlik etdiyini açıqlayıb.

Dəbdəbəli həyat tərzinə görə vaxtilə “Özbəkistan şahzadəsi” adlandırılan Kərimovaya qarşı hazırlanan ittihamnamədə qeyd olunub ki, İsveçrənin ən tanınmış özəl banklarından biri olan “Lombard Odier”-ə qarşı başladılan cinayət istintaqı da bu məsələ ilə paralel şəkildə davam etdirilir.

Kərimovanın İsveçrədəki vəkili isə sözügedən ittihamların heç birini qəbul etmədiyini bildirib.

“Biz bütün ittihamları rədd edirik. Mütəşəkkil cinayət ittihamı tamamilə cəfəngiyatdır. Bu, istintaqın başlamasından 10 il sonra irəli sürülən bir iddiadır. Müvəkkilim Kərimova bir neçə ildir həbsdədir və onun nə vaxt azadlığa çıxacağı məlum deyil”,-deyə vəkil bildirib.

Qeyd edək ki, İsveçrə hökuməti 2016-cı ildə atasının ölümündən sonra diplomatik toxunulmazlığını itirən Kərimovaya qarşı istintaq başladıb. Kərimova Mərkəzi Asiya ölkəsində baş verən siyasi dəyişikliklərdən sonra mənimsəmədə təqsirli bilinərək həbs edilib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol