Menu

“Vaqner” xüsusi hərbi təşkilatının üzvləri yenidən Ukraynaya qayıdıb" - Britaniya MN

29.09.2023, 11:50
“Vaqner” xüsusi hərbi təşkilatının üzvləri yenidən Ukraynaya qayıdıb" - Britaniya MN

“Vaqner” xüsusi hərbi təşkilatının üzvləri yenidən Ukraynaya qayıdıb.

"AzPolitika.info" Ukrayna mətbuatına istinadla xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyinin 29 sentyabr tarixli kəşfiyyat icmalında bildirilir.

Bildirilir ki, həm fərdi, həm də ayrı-ayrı qruplarla Ukraynaya qayıdırlar.

İcmalda qeyd olunur: "Yenidən yerləşdirilən şəxsi heyətin dəqiq statusu aydın deyil, lakin çox güman ki, şəxslər Rusiya Müdafiə Nazirliyinin və digər hərbi şirkətlərin hissələrinə köçürülüblər".

Ukrayna mətbuatı isə bildirir ki, muzdlular daha çox Baxmut ərazisində konstreasiya olunublar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol