Menu

Ukraynanı vuran Rusiya dronları ABŞ peyki vasitəsi ilə idarə olunur...

29.09.2023, 14:50
Ukraynanı vuran Rusiya dronları ABŞ peyki vasitəsi ilə idarə olunur...

Rusiya ordusu və təhlükəsizlik qüvvələri, o cümlədən FSB və Rusiya Milli Qvardiyası Ukraynanın işğalından sonra da Amerikanın peyk rabitəsi operatoru olan “Iridium”dan istifadə etməyə davam edir. Onun Rusiyadakı törəmə müəssisəsi dövlət şirkətinin ortağı olaraq qalır.

“AzPolitika.info” xəbər verir ki, bu barədə Ukraynanın "Trap Aggressor" layihəsinin araşdırmasında deyilir.

Peyk operatoru “Iridium” beynəlxalq bazarda 90-cı illərin sonlarından fəaliyyət göstərir. 2011-ci ildə o, ölkədə yerləşən istifadəçilərin məlumatlarının keçdiyi yerüstü şlüz stansiyasını Rusiyada tikməyə razılıq verdi.Sonra Amerika operatorunun Rusiyadakı törəmə şirkəti, “Iridium Communications” şirkəti yaradıldı. Şirkətin 16 faizi "Morsvyazsputnik" federal dövlət müəssisəsinə məxsusdur.

2022-ci ilin iyulunda, Ukraynada müharibə başlayandan altı ay sonra Radiotezliklər üzrə Dövlət Komissiyası operatorun Rusiyada fəaliyyət göstərmək üçün verdiyi lisenziyasının vaxtını uzadıb. Rusiyalı ekspertlər bildirilər ki, “İridium”uzaq şimalda rabitə təmin edən yeganə peyk bürcüdür, ona görə də Rusiya rəsmilərinin onu əvəz edəcək heç nəyi yoxdur.

Fevralda Ukraynanın işğalından sonra “Iridium” Rusiya bazarına SİM kartların göndərilməsini dayandırdı. Bununla belə, “Trap Aggressor” araşdırmasına görə, Rusiya törəmə şirkəti üçüncü şirkətlər vasitəsilə avadanlıqlar almağa davam edib.

Araşdırmada bildirir ki, FSB-nin aldığı “Rus Cartograph” pilotsuz təyyarələri “Iridium” peykləri vasitəsilə fəaliyyət göstərir. Onlar Ukraynadakı müharibədə istifadə olunur.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol