Menu

Litva şirkəti Zelenskinin təyyarəsini modernləşdirib

29.09.2023, 15:26
Litva şirkəti Zelenskinin təyyarəsini modernləşdirib

Litvanın «J&C Aero» şirkəti Ukrayna prezidentinin “Airbus A319 CJ” təyyarəsinin salonunda modifikasiya və yenilənmə işlərini başa çatdırdığını bildirib.

“AzPolitika.info” «Ukrainskaya Pravda»ya istinadla xəbər verir ki, "J&C Aero” Ukrayna dövlət aviaşirkəti üçün, prezidenti daşıyan “Airbus A319” təyyarəsinin salonunun modifikasiyası və təkmilləşdirmə xidmətlərini tamamlayıb.

Layihə zamanı «J&C Aero» mühəndisləri yeni uçuş zamanı əyləncə (IFE) sistemini inteqrasiya etmək və təyyarənin kabin idarəetmə sistemini (CMS) təkmilləşdirmək üçün lazım olan dizayn dəyişikliklərini hazırlayıblar.

Məlumatda qeyd olunur ki, təyyarədə yeni naviqasiya sistemləri quraşdırılıb və kabinlərdə dəyişiklilər edilib. 

Rüfət

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol