Menu

Ermənistan yenə Kremlə “buynuz göstərdi” – Müdafiə naziri Tulaya getmədi

29.09.2023, 20:10
Ermənistan yenə Kremlə “buynuz göstərdi” – Müdafiə naziri Tulaya getmədi

Ermənistan hökuməti Kremlə qarşı demarşlarını davam etdirir.

“AzPolitika.info” Ermənistan mətbuatına istinadla xəbər verir ki, Ermənistanın Müdafiə naziri Suren Papikyan MDB müdafiə nazirlərinin Rusiyanın Tula şəhərində keçirilən iclasına qatılmayacaq. Bu barədə məlumatı mətbuata açıqlamasında Müdafiə Nazirliyinin sözçüsü Aram Torosyan çatdırıb.

Papikyanın görüşə qatılmamasının səbəbləri açıqlanmasa da, bunun son zamanlar İrəvanla Kreml arasında münasibətlərin gərginləşməsindən irəli gəldiyi şübhə doğurmur. Artıq heç kimə sirr deyil ki, Nikol Paşinyan hər addımı ilə Qərbə Ermənistanın Rusiyadan uzaqlaşmağa çalışdığını göstərmək istəyir. Bu prosesin nə qədər davam edəcəyi və nə ilə nəticələnəcyi isə hələ ki, məlum deyil. 

“AzPolitika.info”

Şərhlər

t.ədalət 2023-09-29 21:13:56

Nə yaxşı ki ermənilər Kremlə buynuz göstərir.Bu,bizim də xeyrimizədir.

Camal 2023-09-29 20:29:08

Cındır "dövlətin" orada yeri yoxdur. bunlar bir azdan soxulcan kimi girəcəklər torpağın altına...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol