Menu

Ermənistanda Rusiya televiziyası qadağan oluna bilər

30.09.2023, 10:47
Ermənistanda Rusiya televiziyası qadağan oluna bilər

Ermənistanda Rusiya televiziyası qadağan oluna bilər.

Trend xəbər verir ki, bunu Ermənistan parlamentinin hakim "Vətəndaş müqaviləsi" fraksiyasının deputatı Lusine Badalyan yerli kanallardan birində deyib.

"Bu məsələlər müzakirə olunur. Hansı qərarın qəbul edildiyini müvafiq qurum bildirəcək. Bu məsələ artıq xeyli vaxtdır ki, müzakirə olunur", - o deyib.

Badalyanın sözlərinə görə, dövlətin təhlükəsizliyi üçün təhdid olduğu təqirdə bu addımlar atılmalı və qərar qəbul edilməlidir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol