“Rusiya və İvanişvili tarixin yanlış tərəfindədir, Ukrayna istənilən halda qalib gələcək və Qərbin köməyi ilə Rusiyanın parçalanma prosesinin təməlini qoyacaq”.
“AzPolitika.info” xəbər verir ki, bunu Gürcüstanın hazırda həbsdə olan keçmiş Prezidenti Mixail Saakaşvili “Facebook” səhifəsində yazıb. Gürcü lider vurğulayıb ki, Azərbaycanın ərazi bütövlüyünün bərpası və Ermənistanın Qərbə açılması Rusiyanın Cənubi Qafqazda əsas paradiqmasını pozub.
“Rusiyanın artıq 3 Qafqaz ölkəsi arasında dəstəyi yoxdur. Müxalifət liderlərini ictimai rəydə nə qədər qaralamağa çalışsanız da, mən burdayam və bütün ləyaqətli insanların birləşməsini, o cümlədən prosesə yeni kütlələrin fəal iştirak etməsini təmin etmək niyyətindəyəm”, -eks-prezident yazıb.
Saakaşvili qeyd edib ki, Gürcüstanın əsas işğal prosesi 2012-ci ildə Rusiya Tiflisdə mərkəzi hakimiyyəti ələ keçirəndən sonra başlayıb: “İndi həmin işğal prosesinin son mərhələsindəyik. Rusiyanın Gürcüstanda öz general-qubernatoru var: Rusiyada öyrəndiklərini tətbiq edən, Prezidentlə hökuməti döyüşdürən, müxalifət daxilində intriqa yaradan, Avropa və Amerikanı daim şantaj edən Gürcüstan hakimiyyəti çox təhlükəlidir, çünki o burada bizi fiziki və mənəvi cəhətdən məhv edir”.
“AzPolitika.info”


Şərhlər
Adama Azadliq !! lazim