Menu

Rumıniya Ukrayna ilə sərhədə 100 əlavə “F-16” qırıcısı yerləşdirib – Rusiyadan gələn təhlükə artır

30.09.2023, 19:06
Rumıniya Ukrayna ilə sərhədə 100 əlavə “F-16” qırıcısı yerləşdirib – Rusiyadan gələn təhlükə artır

“Rumıniya hava hücumundan müdafiə qüvvələrini Ukrayna ilə sərhədə - Dunayda yerləşən yaşayış məntəqələrinə köçürür və müdafiəsini gücləndirir”.

“AzPolitika.info” xəbər verir ki, bu barədə “Reuters” diplomatik mənbələrə istinadən məlumat yayıb.

Buxarest və NATO Rusiyanın Odessa bölgəsindəki Qara dəniz limanlarını atəşə tutmasının Rumıniya ərazisinə təsir edə biləcəyindən narahatdır. Rumıniya İzmaildən 150 kilometr cənubda Ukrayna ilə sərhədə 100 əlavə “F-16” qırıcısı yerləşdirib və burada uçuşa qadağa zonasını 30 kilometrə qədər genişləndirib.

“Reuters” mənbələri bildirilər ki, Rumıniya ərazisinə pilotsuz təyyarələrin düşməsi hallarının artması Rusiya ilə NATO arasında anlaşılmazlığı artırır və Rumıniya hərbçilərini ölkənin müdafiəsini gücləndirməyə məcbur edir.

Sentyabrda Rumıniyanın Müdafiə Nazirliyi ölkə ərazisinə üç pilotsuz təyyarənin düşdüyünü bildirib. Onlardan biri Tuna çayının sahilinə, İzmaillə üzbəüz yerləşən Plauru kəndinə düşüb. Orada hərbçilər iki bomba sığınacağı tikiblər, sakinlərə Rumıniyaya doğru hərəkət edən dronlarla bağlı mobil telefon mesajları göndərilir.

Rumıniya prezidenti Klaus İohannis və NATO rəsmiləri daha əvvəl Rusiyanın hərəkətlərini məqsədli hücumlar kimi görmürdülər, lakin etiraf edirdilər ki, pilotsuz təyyarələrin yaratdığı dağıntıl Buxarest üçün böyük problemə çevrilir.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol