Menu

Bakıdan növbəti tibbi yardım briqadası Xankəndiyə yola salınıb - FOTO

30.09.2023, 21:46
Bakıdan növbəti tibbi yardım briqadası Xankəndiyə yola salınıb - FOTO

Azərbaycanın mərkəzi hakimiyyəti növbəti tibbi yardım briqadasını Xankəndiyə yola salır.

“Report”un Qarabağ bürosu xəbər verir ki, bu gün 5 təcili tibbi yardım avtomobili həkim heyəti ilə birgə təcili tibbi yardım və müayinə işinin təşkili məqsədilə Xankəndiyə göndərilir.

Təcili Tibbi Yardım briqadası Ağdam-Əsgəran-Xankəndi yolu ilə yola salınır.

Qeyd edək ki, lokal xarakterli antiterror tədbirindən sonra Qarabağda yaşayan erməni sakinlərinin ehtiyaclarını ödəmək məqsədilə yanacaq, ərzaq və digər təminatlarla yanaşı əhalinin zəruri tibbi ehtiyaclarının ödənilməsi işləri də diqqətdə saxlanılır. Sentyabrın 30-da yola salınan təcili tibbi yardım briqdasının göndərilməsi də bu məqsədlə həyata keçirilir.

Şərhlər

Camal 2023-09-30 22:21:00

Xankəndidəki xotdana oxşayan abidədən eməni murdarlığı, Bizə qarşı nifrət yağır. Partlatmaq lazımdır. Bayrağımızı daha layiqli məkanda ucaltmaq lazımdır.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol