ABŞ Mərkəzi Komandanlıq qüvvələri Suriyanın şimalında helikopter reyd keçirərək İŞİD-in rəhbər şəxslərindən Məmduh İbrahim əl-Hacı Şeyxi ələ keçirib.
"AzPolitika.info" «Reuters» agentliyinə istinadla xəbər verir ki, bu barədə Mərkəzi Komandanlıqdan açıqlanıb.
Keçən həftə Mərkəzi Komandanlıq qüvvələri sentyabrın 25-də keçirilən reyd zamanı İŞİD-in Suriyada «funksioner»lərindən olan Əbu Halil əl-Fad'aninin saxlandığını bildirmşdi. Komandanlıq bu şəxsin bölgədəki bütün İŞİD şəbəkəsi ilə əlaqələrə cavabdeh olduğunu bildirib.
Rüfət
AzPolitika.info


Şərhlər