Menu

Rusiya ordusu Donetsk vilayətində mina sahələrini genişləndirir

30.09.2023, 23:27
Rusiya ordusu Donetsk vilayətində mina sahələrini genişləndirir

Ukrayna Silahlı Qüvvələri Donetsk vilayətində mina sahələrinin sıxlığının artdığını qeydə alıb.

"AzPolitika.info" «Ukrainskaya Pravda»ya istinadla xəbər verir ki, bu barədə Ukrayna SQ Baş Qərargahının açıqlamasında bildirilir.

Qeyd olunur ki. ötən gün ərzində 24 hərbi toqquşma baş verib. Həmçinin Rusiya Federasiyası cənubdan İrana məxsus 40-a yaxın “Şahed-136/131” tipli zərbə PUA-ları ilə Ukraynaya növbəti hücuma keçib. Odessa, Nikolayev və Vinnitsa vilayətlərində hava hücumundan müdafiə qüvvələri və vasitələri düşmənin 30 kamikadzesini məhv edib.

Rusiya ümumilikdə 8 raket və 71 hava zərbəsi endirib, çoxsaylı reaktiv yaylım atəş sistemlərindən qoşunlarımızın mövqelərinə və yaşayış məntəqələrinə 17 hücum həyata keçirib. Bildirilir ki, dinc əhali arasında ölən və yaralananlar var. Şəxsi yaşayış binaları və digər mülki infrastruktur dağıdılıb və zədələnib.

Ukraynanın şərqində və cənubunda əməliyyat vəziyyəti ağır olaraq qalır.

Rüfət

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol