“Paris Ermənistanın müdafiə ehtiyaclarını öyrənir və Prezident Emmanuel Makron bu məsələni şəxsən izləyir. Makron bəyan edib ki, Ermənistanın və erməni xalqının ərazi bütövlüyü, suverenliyi və müdafiəsi Fransanın əsas məsələlərindəndir”.
“AzPolitika.info” xəbər verir ki, bunu Fransanın müdafiə naziri Sebastyan Lekorn “Franceinfo”-ya müsahibəsində deyib.
Jurnalistin:“Fransa hərbi müdaxilə yolu ilə Ermənistanın ərazi bütövlüyünü qoruya bilərmi?” sualına Lekornun cavabı bu cür olub: “Fransa hərbi müdaxilə edə bilərmi? Bunu düşünmürəm. Məncə bu suala ölkə başçısı cavab verməlidir. Hər halda aydındır ki, biz Ermənistanın özünü müdafiə edə bilməsi üçün bütün tələbələrini nəzər alırıq”.
“AzPolitika.info”


Şərhlər