Menu

“Taliban” 200-ə yaxın terrorçunu həbs edib

02.10.2023, 13:19
“Taliban” 200-ə yaxın terrorçunu həbs edib

Pakistanın müvəqqəti xarici işlər naziri Cəlil Abbas Gilani Əfqanıstan hökuməti tərəfindən qadağan olunmuş Təhrik-i-Taliban Pakistan (TTP) qruplaşmasının 200-ə yaxın döyüşçünün həbs olunduğunu təsdiqləyib.

Nyu-Yorkdan qayıtdıqdan sonra mətbuat konfransında çıxış edən nazir deyib ki, müvəqqəti Əfqanıstan hökuməti həbslər barədə Pakistanı məlumatlandırıb: "Əgər onlar Əfqanıstan vətəndaşlarıdırsa, hökumət onların təhvil verilməsini tələb etməyəcək, lakin biz onlara qarşı tədbir görülməsini istəyirik”.

Müvəqqəti xarici işlər naziri ümid etdiyini bildirib ki, Əfqanıstan hökuməti beynəlxalq ictimaiyyət qarşısında götürdüyü öhdəliklərə hörmətlə yanaşacaq və öz torpaqlarından heç bir ölkəyə qarşı terror hücumları üçün istifadə edilməsinə imkan verməyəcək.

O əlavə edib ki, bu cür hücumları dayandırmaq və onun ərazisindən fəaliyyət göstərən terrorçulara qarşı hərəkət etmək Əfqanıstan hökumətinin üzərinə düşür.

Hindistan hökumətinin Kanadadakı Siqh fəalının öldürülməsində iştirakı ilə bağlı suala cavab verən xarici işlər naziri Gilani, Pakistanın Cənubi Asiya ölkələrində və dünyada qətl, casusluq və terror fəaliyyətlərində Yeni Delhinin roluna qarşı çoxdan səsini qaldırdığını söyləyib. O, həmçinin Yeni Delhini Kəşmirdə insan hüquqlarının pozulmasında günahlandıraraq, Cənubi Asiyada sülhün BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq Kəşmir məsələsinin həllinə qədər qaranlıq qalacağını vurğulayıb.

SƏMLA

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol