“Azərbaycan diplomatlarının Tehrana qayıdışı yaxşı əlamət olardı və biz yaxın vaxtda bunun necə baş verdiyini görəcəyimizə ümid edirik”.
“AzPolitika.info” xəbər verir ki, bunu İran XİN-in rəsmi nümayəndəsi Kaanani Çafi deyib.
Çafi bildirib ki, Azərbaycan rəsmilərinin Tehrana səfərinin vaxtı razılaşdırılır. Lakin bu səfərin nə vaxt baş tutacağına dair dəqiq məlumat hələ ki, yoxdur. Çafi əlavə edib ki, Azərbaycan rəsmilərilə görüşün gündəliyində ölkəmizin Tehrandakı səfirliyinin işinin bərpası da daxil olmaqla, ciddi məsələlər var.
Xatırladaq ki, bu il yanvarın 27-də Azərbaycanın Tehrandakı Səfirliyinə terror hücumundan sonra səfirliyimiz fəaliyyətini dayandırıb.
“AzPolitika.info”


Şərhlər