Menu

Gürcüstan USAID-i ölkədə inqilab hazırlamaqda ittiham edir

02.10.2023, 18:38
Gürcüstan USAID-i ölkədə inqilab hazırlamaqda ittiham edir

Gürcüstan hakimiyyəti Amerika xalqının pullarının nə üçün ölkədə inqilabi prosesləri planlaşdırmaq, insanları iğtişaşlara hazırlamaq və zorakılığa təhrik etmək üçün istifadə edildiyinə dair aydınlıq gözləyir. 

“AzPolitika.info” Gürcüstan mətbuatına istinadla xəbər verir ki, Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bunu bildirib.

Bazar ertəsi Dövlət Təhlükəsizlik Xidməti bildirib ki, Amerika Birləşmiş Ştatları Agentliyinin dəvəti ilə sentyabrın 25-də gələn Tətbiqi Qeyri-zorakı Fəaliyyət və Strategiyalar Mərkəzinin (CANVAS) üzvü olan üç Serbiya vətəndaşının Gürcüstana səfərinin əsl məqsədi Beynəlxalq İnkişaf üçün (USAID) proqramı çərçivəsində ölkədə inqilabi proseslərin özəyinə çevrilməli olan gənclər təşkilatları və QHT-lərlə əlaqələr qurmaqdan ibarət olub.

“Bu, Amerikanın Gürcüstana yardım tarixində qara gündür. Amerika xalqının pulları burada inqilabi prosesləri planlaşdırmaq, insanları məqsədyönlü şəkildə iğtişaşlara hazırlamaq və zorakılığa təhrik etmək üçün istifadə olunur. Ona görə də artıq bir neçə dəfə analoji qalmaqala qarışmış USAID-dən müvafiq izahat almaq vacibdir”, - Papuaşvili bildirib. 

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili isə bu gün USAİD-in yerli ofisindən izahat tələb edib. O, bildirib ki, ABŞ təşkilatından düzgün, şəffaf izahat alacağına ümid edir.

Hökumət başçısı USAİD haqqında yayılan məlumatdan təəssüfləndiyini bildirib. “Təəssüf ki, ölkəyə dəvətlə gələn bu insanların USAİD tərəfindən maliyyələşdirilməsi qeydə alınıb. Bu, əlbəttə ki, acı bir faktdır. Onların rəsmi izahatlarını gözləyəcəyik. Bizim USAID ilə bir çox sahələrdə uzunmüddətli əməkdaşlığımız var, ona görə də belə faktların baş verməsi təəssüf doğurur”, - Qaribaşvili vurğulayıb.

Rüfət

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol