Menu

Britaniyalı nazir Ukraynaya ümid verdi – “ABŞ və Polşanın dəstəyi davam edəcək”

02.10.2023, 19:20
Britaniyalı nazir Ukraynaya ümid verdi – “ABŞ və Polşanın dəstəyi davam edəcək”

“ABŞ və Polşa qarşıdan gələn seçkilərlə bağlı daxili təzyiqlərə baxmayaraq Ukraynaya güclü dəstəyini davam etdirəcək”.

“AzPolitika.info” “Reuters” agentliyinə istinadla xəbər verir ki, bunu Böyük Britaniyanın müdafiə naziri Qrant Şapps bildirib. O, əmin edib ki, Britaniya digər ölkələrdə baş verən hadisələrdən asılı olmayaraq Kiyevi dəstəkləməyə davam edəcək.

Xatırladaq ki, ötən həftə sonu ABŞ Senatında hökumətin faəliyyətinin dayanmaması üçün büdcə razılaşması əldə olunub. Ukraynaya hərbi yardım məsələsi əsas fikir ayrılıqlarına səbəb olduğu üçün paketə daxil edilməyib.

Oktyabrın 15-də yenilənən Polşa parlamenti isə Kiyevə yeni silah tədarükünə artıq razılıq verməyəcəyini, ancaq öz silah ehtiyatlarını yeniləcəyini bildirib.

Bazar günü Böyük Britaniyanın Polşaya dörd "Tayfun" təyyarəsi göndərəcəyini açıqlayan Şapps deyib ki, seçkilər zamanı Ukraynaya dəstəklə bağlı hər hansı gərginliyin gündəmə gələ biləcəyini başa düşmək olar, lakin Polşaya verilən dəstək indiyədək "əla" səviyyədə olub.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol