Menu

Nəsimi rayonunda oğurlanan "Tofaş" markalı avtomobil Lökbatanda tapılıb

02.10.2023, 23:20
Nəsimi rayonunda oğurlanan "Tofaş" markalı avtomobil Lökbatanda tapılıb

Bakının Nəsimi rayonunda paytaxt sakininin oğurlanan avtomobili Qaradağ polisi tərəfindən tapılıb.

"Report"un məlumatına görə, aparılan axtarış tədbirləri nəticəsində avtomobil Qaradağ polisi tərəfindən Lökbatan qəsəbəsində aşkarlanıb.

Qeyd edək ki, Balababa Məcidov, 66 ünvanından Əfəndiyev Bahadur Davud oğluna məxsus 90-NJ-386 dövlət qeydiyyat nişanlı "Tofaş" markalı avtomobili bir neçə gün əvvəl oğurlanıb.

Şərhlər

ƏDALƏTİ 2023-10-03 06:05:37

Bizim maşin 2 ildir axtariştadir. Heç bir nəticə yoxdur.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol