Menu

KOBİA-nın Müşahidə Şurasının iclası keçirilib

02.10.2023, 23:38
KOBİA-nın Müşahidə Şurasının iclası keçirilib

İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Müşahidə Şurasının iclası keçirilib.

"Report" xəbər verir ki, bu barədə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov “X” sosial şəbəkə platformasında bildirib.

“İqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərliyi ilə KOBİA-nın Müşahidə Şurasının iclasında fəaliyyətimizə dair məlumat verdik, gələn ilin prioritetlərini müzakirə etdik. Şuranın üzvləri həmçinin Bakı KOB evinin fəaliyyətilə tanış olub, KOBİA-nın kollektivi ilə görüşüb”, - məlumatda qeyd olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol