Menu

ERMƏNİSTAN PUTİNİN HƏBSİ QƏRARINI TƏSDİQLƏDİ! - Parlament Roma Statutunu ratifikasiya edib

03.10.2023, 13:10
ERMƏNİSTAN PUTİNİN HƏBSİ QƏRARINI TƏSDİQLƏDİ! - Parlament Roma Statutunu ratifikasiya edib

Ermənistan parlamenti Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunu ratifikasiya edib.

"AzPolitika.info" bu barədə TASS-a istinadla xəbər verir. Toplantı yerli portallar tərəfindən real vaxt rejimində yayımlanıb.

"60 deputat ratifikasiyanın lehinə, 20 deputat əleyhinə səs verib. Qərar qəbul edilib", - parlamentin spikeri Alen Simonyan bildirib. 

Bu sənədin qəbulu uzun müddət müzakirə olunurdu və Rusiya ilə Ermənistan arasındakı münasibətləri daha da gərginləşdirən amillərdən biri hesab edilir. Belə ki, sözügedən sənədin ratifikasiyasından sonra, Ermənistan hüquq-mühafizə orqanları Vladimir Putini «gördükləri yerdə» həbs etməli olacaqlar. 

Rusiya XİN bəyan edib ki, Ermənistanın Roma Statutunu ratifikasiya etməsi ikitərəfli münasibətlər üçün ən mənfi nəticələrə səbəb olacaq.

Nazirlikdən qeyd edilib ki, İrəvanın Roma Statutunu ratifikasiya etməsindən sonra V.Putinin Ermənistana səfərini təsəvvür etmək çətin olacaq.

Kremlin sözçüsü Dmitri Peskov isə Ermənistan parlamentinin qərarını düşmənçilik kimi qiymətləndirib.

Rüfət

AzPolitika.info

Şərhlər

TT 2023-10-03 15:51:01

Hede

t.ədalət 2023-10-03 15:01:46

ermənistan çox ağıllı addımlar atır.Regionu qan çanağına döndərən Putini,ancaq Azərbaycanda sevənlər tapılır.

Roma 2023-10-03 14:31:44

Keçinin buynuzu qaşınanda, çobanın çomağında nə günah...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol