Menu

Ukraynada hərbçi öz yoldaşlarını güllələdi

03.10.2023, 13:39
Ukraynada hərbçi öz yoldaşlarını güllələdi

Ukrayna ordusunun hərbçisi Kiyevin mərkəzində xidməti “Kalaşnikov” avtomatı ilə iki həmkarını güllələyib və hadisə yerindən qaçıb, lakin sonradan saxlanılıb. 

“AzPolitika.info” xəbər verir ki, bu barədə Ukraynanın “Strana” nəşri hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat yayıb. “Bu gün saat 01:30 radələrində [Kiyevin Peçerski rayonunda] Lavrskaya küçəsində Ukrayna Silahlı Qüvvələrinin hərbçisi Konstantin Kiriyaçenko ilə digər iki hərbçi arasında münaqişə yaranıb və bu zaman Kiriyaçenko xidmətində olan iki hərbçini “Kalaşnikov” avtomatından güllələyib. Onlar hadisə yerində dünyasını dəyişib”, - nəşr yazır. 

Qeyd olunur ki, bundan sonra Kiriyaçenko qaçmağa cəhd etsə də, iki saat sonra saxlanılıb. İlkin məlumata görə, hərbçi sərxoş olub. “Strana”nın məlumatına görə, cinayət işi açılıb, Kiriyaçenkonu 15 ilə qədər həbs gözləyir.

Rüfət

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol