Menu

Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyətini dayandırır

03.10.2023, 13:57
Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyətini dayandırır

Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyətini dayandırır.

Bu barədə “Report”a işçi qrupunun rəhbəri Soltan Məmmədov məlumat verib.

“Milli Məclisin Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupu Fransanın Milli Assambleyasında Fransa-Azərbaycan dostluq qrupunun fəaliyyətinin və işçi qrupu ilə əlaqələrinin dayandırılması barədə məlumatı təəssüf hissi ilə qarşılayır. Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupu qeyd olunan məlumatı nəzərə alaraq, Fransa tərəfindən müvafiq addımlar atılanadək öz fəaliyyətini və Fransa-Azərbaycan dostluq qrupu ilə əlaqələrini müvəqqəti olaraq dayandırır”, - S.Məmmədov əlavə edib.

Şərhlər

dadaşyev 2023-10-03 15:56:31

Bizə açıq-aşkar düşmənçilik edən ölkə parlamentlərarası işçi qrupunun fəaliyyətini dayandırır,halbuki biz bunu ondan əvvəl etməliydik.Çünki düşmənçilik edən biz deyilik,onlardır.Biz də məcbur olub öz işçi qrupumuzun fəaliyyətini dayandırırıq.Fransanın bundan sonrakı addımı çox güman ki,bizdəki səfirini geri çağırması olacaq.Adını da qoyacaq məsləhətləşmələr üçün.Və də qeyri-müəyyən müddətə.Biz də onda adekvat cavab olaraq məcbur olub öz səfirimizi Parisdən çağırmalı olacağıq.Amma bunları biz etməli deyilikmi əvvəlcə?Bizə bütün dünyada,BMT tribunasına qədər nifrət püskürən bir ölkəyə bunca səbrimiz nədəndir?Hə?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol