Menu

Ukrayna dolların “başını buraxır” – “Bu, üzən məzənnə deyil, amma...”

03.10.2023, 15:09
Ukrayna dolların “başını buraxır” – “Bu, üzən məzənnə deyil, amma...”

Ukrayna Mərkəzi Bankı oktyabrın 3-dən etibarən valyutadəyişmə məntəqələrinə azad şəkildə valyuta məzənnələri tətbiq etməyə icazə verib.

“AzPolitika.info” Ukrayna mətbuatına istinadla xəbər verir ki, Ukrayna Mərkəzi Bankı müharibənin başladığı gün valyuta alış-verişinə qoyulan məhdudiyyətləri aradan qaldırıb. Belə ki, ötən il fevralın 24-dən etibarən valyutadəyişmə məntəqələri rəsmi məzənnədən cəmi 1 faiz fərqlə alqı-satqı yerinə yetirə bilərdilər. İndi isə məzənnə qoymaqda azaddırlar.

Mərkəzi Bankın sədr müavini Yiri Qeletiy deyib ki, bu, hələ müharibədən əvvəl mövcud olan üzən məzənnəyə tam keçid demək deyil. Belə ki, Mərkəzi Bank vaxtaşırı valyuta bazarına müdaxilə edərək, məzənnənin kəskin dəyişməməsi üçün öz valyuta rezervlərindən istifadə edəcək. Bunu elastik məzənnə adlandıran bank rəsmisi bildirib ki, Ukraynanın valyuta rezervlərinin miqdarı, inflyasiyanın tempinin azaldılması və s. bu kimi amillər valyuta bazarına sərbəstlik verməyə imkan verir.

Bununla bərabər, bəzi müşahidəçilər bu qərarın Ukrayna milli valyutası olan Qrivnanın məzənnəsini endirəcəyi qənaətindədirlər.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol