Menu

Peskov ermənilərə Paşinyanın qərarını xatırlatdı

03.10.2023, 17:22
Peskov ermənilərə Paşinyanın qərarını xatırlatdı

Ermənistanın Baş naziri Nikol Paşinyan 1991-ci ildən Azərbaycanın sərhədlərini tanımaq qərarına gəlib və bu, Qarabağ ətrafında bugünkü vəziyyətin xəbərçisi olub.

"AzPolitika.info" TASS-a istinadla xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.

Kreml nümayəndəsi İrəvanın Moskva ilə ikitərəfli tərəfdaşlığa və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) mexanizmlərinə dair tənqidinə belə cavab verib: “Qarabağla bağlı müzakirələrə gəlincə, biz cənab Paşinyanın Praqada verdiyi və 1991-ci ildən Azərbaycanın sərhədlərini tanıyan qərarını həmişə xatırlamalıyıq. Buna uyğun olaraq o, Qarabağı tam şəkildə Azərbaycan ərazisi kimi tanıdı. Bu, hazırda mövcud olan bütün vəziyyətin xəbərçisidir”.

Rüfət

AzPolitika.info

Şərhlər

Camal 2023-10-03 17:50:24

paşinyan Praqada 1991-ci ildən Azərbaycanın sərhədlərini tanımasaydı nə edəcəkdiniz?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol