Menu

"Azərbaycanlı qardaşlarımızın haqlı mübarizələrində daima yanlarında olacağıq" - Yaşar Güler

03.10.2023, 18:27
"Azərbaycanlı qardaşlarımızın haqlı mübarizələrində daima yanlarında olacağıq" - Yaşar Güler

“İki dövlət, bir millət” anlayışı ilə azərbaycanlı qardaşlarımızın haqlı mübarizələrində daima yanlarında olacağıq.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə milli müdafiə naziri Yaşar Güler bildirib.

O, Azərbaycanı Qarabağda keçirdiyi uğurlu antiterror tədbirləri münasibəti ilə təbrik edərək, Türkiyənin regionda sülh və sabitliyin bərqərar olması üçün səy göstərdiyini vurğulayıb:

“Eynilə biz Liviya, Qətər, Somali, Kosova, Bosniya və Herseqovina və bir çox başqa regionlarda olan qardaş, dost və müttəfiq ölkələri dəstəkləyir, beynəlxalq sülh və sabitliyə töhfə veririk”.

Yaşar Güler, həmçinin terrorla mübarizənin ən son terrorçunun məhv edilməsinə qədər davam edəcəyini də bildirib:

“Terrorla daha effektiv mübarizə aparmaq, sərhəd təhlükəsizliyini təmin etmək və qaçaqmalçılığın qarşısını almaq üçün sərhədlərimiz çox mərhələli təhlükəsizlik sistemlərimizlə qorunur”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol