Avropa İttifaqlının liderləri Ukraynanın Avropa İttifaqına qoşulması ilə bağlı dekabrda razılıq verməyə hazırlaşır.
"AzPolitika.info" xəbər verir ki, «Politico» nəşri bu barədə üç diplomatik mənbəyə istinadən məlumat yayıb.
Məlum olduğu kimi, Avropa Komissiyası Ukrayna və digər Aİ-yə müraciət edənlərin müvafiq şərtləri nə dərəcədə yerinə yetirdiyi barədə hesabat dərc edəcək. Avropa rəsmisinin sözlərinə görə, bu, noyabrda baş verəcək. Bundan sonra, "Politico"-nun mənbəsi iddia edir ki, Avropa Komissiyası bəyanat verəcək, üzv dövlətlər üçün Ukrayna ilə üzvlüklə bağlı “gəlin danışıqlara başlayaq” deməmək çox çətin olacaq.
"Bunun ətrafında (Ukraynanın üzvlük danışıqları – red.) siyasi təzyiq ayrı-ayrı üzv dövlətlərin müqavimət göstərə bilməyəcəyi qədər güclü olacaq. İşçi fərziyyə ondan ibarətdir ki, dekabra qədər Avropa İttifaqı danışıqlara başlamaq barədə qərar verəcək", - mənbə əlavə edir.
«Politico» qeyd edir ki, o vaxta qədər Ukrayna Avropa Komissiyasının üzvlük danışıqlarının başlamasının asılı olduğu yeddi tövsiyəsini tam yerinə yetirməyə bilər. Buna görə də, Aİ liderləri hətta onların hüquqi bazası hələ yekunlaşmamış olsa belə, danışıqlara siyasi razılıq siqnalı verə bilərlər.
Rüfət
AzPolitika.info


Şərhlər