Menu

Şarl Mişel Əliyev və Paşinyanın 3+2 formatında görüşünü təşkil etməyə çalışır - Məqsədi nədir?

04.10.2023, 10:52
Şarl Mişel  Əliyev və Paşinyanın 3+2 formatında görüşünü təşkil etməyə çalışır - Məqsədi nədir?

Avropa Şurasının rəhbəri Şarl Mişel oktyabrın 5-də İspaniyanın Qranada şəhərində keçiriləcək Avropa İttifaqının sammiti çərçivəsində Ermənistan və Azərbaycan liderləri arasında görüş təşkil etməyə çalışır.

"AzPolitika.info" TASS-a istinadla xəbər verir ki, bu barədə Aİ-nin yüksək vəzifəli nümayəndəsi Brüsseldə jurnalistlərə bildirib.

“İndi görüş haqqında danışmaq tezdir. Sabah axşama qədər aydınlıq olacaq”, — o, jurnalistlərin Aİ-nin iki lider arasında görüş təşkil edə bilib-bilməyəcəyi ilə bağlı sualını cavablandırıb. Adı açıqlanmayan dilpomat qeyd edib ki, İrəvan və Bakıdan razılıq əldə olunsa, görüş 3+2 formatlnda baş tuta bilər.

Diplomatın sözlərinə görə, Aİ «aralarında münasibətlərin normallaşdırılmasında irəliləyişə nail olmaq üçün Ermənistan, Azərbaycan, o cümlədən Fransa, Almaniya və Avropa Şurasının iştirakı ilə “iki üstəgəl üç” formatında görüş təşkil etməyə çalışır».

Nəzərə alsaq ki,  Fransa, Almaniya və Avropa Şurası hər zaman Ermənistanın maraqlarından çıxış edir, bu görüşün təşkilində məqsədin Bakıya təzyiq etmək olduğunu ehtimal edə bilərik.  Məhz buna görə də belə formatda keçirilən görüşlərdə Türkiyənin iştirakını istəmirlər.  

Rüfət

AzPolitika.info

Şərhlər

ƏNHU 2023-10-04 20:39:02

Hələ də bunlar özlərini dünyanın ağası hesab edirlər? BMT söklülüb yenidəın yığılmalıdır.

Dadaş 2023-10-04 12:05:55

Əyər belə bir görüş baş tutarsa onda türkiyə mütləq şəkildə burada iştirak etməlidir

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol