Qarabağ separatçılarının sonuncu başçısı Samvel Şahramanyan Ermənistandadır.
APA xəbər verir ki, bu barədə TASS Şahramanyana yaxın mənbələrə istinadən məlumat yayıb.
Məlumatda deyilir ki, Şahramanyan Azərbaycan güc strukturları tərəfindən saxlanılmayıb və hazırda Ermənistandadır.
Şahramanyanın Ermənistanda olması barədə Bakı və İrəvandan hələlik rəsmi açıqlama yoxdur.
Qeyd edək ki, Azərbaycanın hüquq-mühafizə orqanları Qarabağda qondarma qurumun “prezidentləri” olmuş Arkadi Qukasyan, Bako Saakyan, Araik Arutyunyan, eləcə də “parlament sədri” David İşxanyan, generallar Lyova Mnatsakanyan, David Manukyan və keçmiş “dövlət naziri” Ruben Vardanyanı həbs edərək, Bakıya gətirib.
***
Qarabağdakı keçmiş qondarma qurumun son "prezidenti" Samvel Şahramanyanın harada olması ilə bağlı ziddiyyətli məlumatlar daxil olmaqdadır.
Ermənistan mətbuatında onun həm həbs olunduğu, həm də artıq Ermənistanda olduğuna dair məlumat yayılıb.
"AzPolitika.info" xəbər verir ki, qondarma qurumun "sabiq deputatı" David Qalstyan belə bir bəyanatla çıxış edib.
***
Ermənistanın "Hraparak" nəşri Qarabağdakı qondarma-separatçı qurumun sonuncu "prezidenti" Samvel Şahramanyanın da Azərbaycanın əlinə keçdiyini xəbər verir.
Samvel Şahramanyan cəmi 10 gün bu vəzifədə olub və onun fərmanı ilə "artsax respublikasının" dövlət strukturları ləğv edilib.
"Hraparak" onu da əlavə edir ki, "artsax qəhrəmanı" Vitali Balasanyan və "artsaxın müdafiə komandanı" Kamo Vardanyan hələ də Xankəndidədirlər. "Onların taleyi sabah həll olunacaq".
Xatırladaq ki, Qarabağdakı separatçıların keçmiş “prezident”ləri Arkadi Qukasyan (1997-2007) və Bako Saakyan (2007-2020), Araik Arityunyan, “Daşnakasutyun”partiyasının “Qarabağ təmsilçisi” və separatçı rejimin keçmiş “parlament sədri” David İşxanyan törətdikləri cinayət əməllərinə görə barələrində aparılan cinayət işləri üzrə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılaraq Bakıya gətiriliblər.
"AzPolitika"

Şərhlər