İtaliyanın Venesiya şəhərinin Mestre rayonunda sərnişin avtobusun təxminən 10 metr hündürlükdən aşaraq yanıb.
“AzPolitika.info” bu barədə Avropa mətbuatına istinadla xəbər verir.
İlkin məlumatlara görə, avtobus çərşənbə axşamı axşam saatlarında estakadada yolu tərk edərək hasardan keçərək təxminən on metr hündürlükdən aşıb. Düşmə zamanı o, metan üzərində işlədiyi üçün elektrik naqillərinə toxunub və alışıb.
Venesiya prefekturası qəza nəticəsində azı 21 nəfərin öldüyünü, daha 12 nəfərin yaralandığını və bir neçə nəfərin itkin düşdüyünü bildirib.
Şəhərin səhiyyə idarəsi xəstəxanaların bütün təcili yardım şöbələrini səfərbər edib. Qəza yerinə ən azı 40 təcili yardım maşını gəlib. Hadisə yerinə yanğınsöndürənlər də gəlib, yanğını söndürməyə çalışırlar.
Rüfət
AzPolitika.info


Şərhlər