Menu

Səbuhi Məmmədlinin ikinci ayağı da amputasiya edilib

04.10.2023, 12:34
Səbuhi Məmmədlinin ikinci ayağı da amputasiya edilib

Tanınmış jurnalist Səbuhi Məmmədlinin sağ ayağı amputasiya edilib.

APA xəbər verir ki, bu barədə Lent.az-a M. Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzindən məlumat verilib.

Bildirilib ki, əməliyyat bu gün həyata keçirilib və jurnalistin sağ ayağı da amputasiya edilib. Bundan əvvəl isə onun sol ayağı amputasiya edilmişdi.

Hazırda jurnalistin durumu normal qiymətləndirilir.

Xatırladaq ki, S.Məmmədli diabet və dialez xəstəsidir.

Qeyd edək ki, Səbuhi Məmmədli Lent.az saytının əməkdaşıdır.

APA Media Group jurnalist Səbuhi Məmmədlinin durumu ilə bağlı vəziyyəti yaxından izləyir və diqqətdə saxlayır.

Kollektivimiz S.Məmmədliyə şəfa diləyir və tezliklə sağlamlığına qovuşmasını arzu edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol