“Rusiya işğalçıları Zaporojye AES-in 4-cü blokunu soyuq rejimdən qaynar rejimə keçiriblər”.
“AzPolitika.info” Ukrayna mətbuatına istinadla xəbər verir ki, bunu Ukrayna “Enerqoatom” dövlət şirkəti bəyan edib.
Şirkətin yayımladığı bəyanatda deyilir ki, 4-cü blokun qaynar rejimə keçirilməsi təlimatla qəti qadağandır. Çünki bu, AES-də radiasiya qəzası riskini oluqca artırır. Bəyanatda bildirilir ki, Rusiyanın bu addımı nəticəsində Zaporojye AES qəza ərəfəsi vəziyyətinə gəlib.
Qeyd edək ki, Zapirojye AES ötən ilin martından işğal altındadır. Həmin vaxtdan etibarən dəfələrlə stansiyada ciddi qəza təhlükəsi olduğu bildirilib.
“AzPolitika.info”


Şərhlər