Çexiya Prezidenti Peter Pavel bildirib ki, Avropa ABŞ-dan asılılığı dayandırmaq üçün öz 2%-lik müdafiə xərclərini artırmalıdır.
"AzPolitika.info" “Politico”ya istinadla xəbər verir ki, siyasətçi müvafiq bəyanatla Brüggedə Avropa Kollecində tədris ilinin başlanması ilə bağlı keçirilən mərasimdə çıxış edib.
Çexiya lideri vurğulayıb ki, Avropa NATO daxilində təhlükəsizlik təminatçısı kimi ABŞ-ın dominant roluna ümid edərək, təhlükəsizlik öhdəliklərinə laqeyd qalmamalıdır.
Rüfət
AzPolitika.info


Şərhlər